abusesaffiliationarrow-downarrow-leftarrow-rightarrow-upattack-typeburgerchevron-downchevron-leftchevron-rightchevron-upClock iconclosedeletedevelopment-povertydiscriminationdollardownloademailenvironmentexternal-linkfacebookfiltergenderglobegroupshealthC4067174-3DD9-4B9E-AD64-284FDAAE6338@1xinformation-outlineinformationinstagraminvestment-trade-globalisationissueslabourlanguagesShapeCombined Shapeline, chart, up, arrow, graphLinkedInlocationmap-pinminusnewsorganisationotheroverviewpluspreviewArtboard 185profilerefreshIconnewssearchsecurityPathStock downStock steadyStock uptagticktooltiptwitteruniversalityweb

このページは 日本語 では利用できません。English で表示されています

記事

2022年11月29日

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi İnsan Hüquqları və Biznes sahəsində Mükafatın 2022-ci il üzrə laureatı elan edilib

Bu gün fondumuz Birləşmiş Millətlər Təşkilatının Biznes və İnsan Hüquqları üzrə illik Forumunda Azərbaycanda fəaliyyət göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyini (NHMT İB) 2022-ci il üzrə İnsan Hüquqları və Biznes sahəsində Mükafatın qalibi elan edir. “İnsan hüquqları müdafiəçilərinin biznesin insan hüquqlarına təsirləri ilə bağlı görkəmli işlərini” qiymətləndirən mükafat 50,000 ABŞ dolları məbləğində  təyin olunub. 2022-ci il mükafatı Birləşmiş Millətlər Təşkilatı Forumunun hüquq müdafiəçiləri sessiyasında və NHMT-nin təsisçisi və sədri Mirvari Qəhrəmanlı, həmçinin Fil Blumer (Phil Bloomer) və Ella Skaybenkonun iştirak etdiyi qısa videoda elan edilib. Videoya Azərbaycan, rusingilis dillərində baxa bilərsiniz.

1996-cı ildə bir qrup neftçi tərəfindən təsis edilmiş NHMT İB Azərbaycanda fəaliyyət göstərən neft və qaz şirkətlərinin insan hüquqlarına təsirlərini araşdırır. Təşkilat neft və qaz sənayesi işçilərinin hüquqlarını müdafiə edir və irimiqyaslı neft və qaz layihələrinin ictimai monitorinqini aparır. O həmçinin neft və qaz gəlirlərinin cəmiyyətin mənafeyi naminə şəffaf və ədalətli xərclənməsi üçün çalışır, Azərbaycanda “insan kapitalına” (o cümlədən təhsil və səhiyyəyə) daha çox sərmayə qoyulmasına çağırır.

... Aşağıda fondun Məsləhət Şəbəkəsinin üzvləri tərəfindən 2022-ci il İnsan Hüquqları və Biznes sahəsində Mükafatına namizəd olan bütün təşkilatların siyahısı verilmişdir. Bunların hər biri beynəlxalq səviyyədə tanınmağa layiq olan mühüm işlər görür.

Mükafat hər il bölgəyə görə dəyişir – bu il keçmiş Sovet İttifaqı ölkələri olub, gələn il Latın Amerikası və Karib hövzəsi ölkələri olacaq.

タイムライン